Belorusda etiraz aksiyaları bərpa olundu - FOTO

Belorusda etiraz aksiyaları bərpa olundu - FOTO

Minsk və Belorusun başqa şəhərlərində zorakılığa etiraz edən insanlar yenidən küçələrə çıxmağa başlayıblar.

Avropa.info xəbər verir ki, Minskdə “Belorus” univermağının qarşısında 5 nömrəli xəstəxananın yerləşdiyi yerdə həkimlər həmrəylik aksiyası keçirirlər. Onlar “Bəsdir kişilərimizi döydünüz”, “Tibb işçiləri zorakılığa qarşı” aksiyaları keçiriblər.

Minskin Kozlov adına elektrotexnika zavodunun işçiləri də prezident seçkilərinin ləğvi və zorakılığın dayandırılması tələbi ilə mitinq keçirirlər. Energetika Nazirliyinin də işçiləri mitinqə qoşulublar.

Mənbə: avropa.info