Erməni ictimai xadim: “Səlahiyyətli şəxslər elə edə bilərlərmi ki, Ermənistan Livan erməniləri üçün yarımstansiya olmasın?”

Erməni ictimai xadim: “Səlahiyyətli şəxslər elə edə bilərlərmi ki, Ermənistan Livan erməniləri üçün yarımstansiya olmasın?”

“Suriya ermənilərinin böyük və bacarıqlı bir hissəsi Suriya müharibəsi günlərində Ermənistana köçdü. O vaxt heç olmasa Diaspor Nazirliyi və Suriya ermənilərini yerləşdirmək, ilkin dövrdə onların problemləri yüngülləşdirmək üçün müəyyən proqram var idi”. Ordu.az xəbər verir ki, bunu ümumilli erməni təhsil və mədəniyyət birliyinin İrəvan ofisinin direktoru Spartak Qarabağtsyan öz “Facebook” səhifəsində yazıb.

“Onların - gələnlərin bir hissəsi özünü yenidən tapa bildi. Məgər səlahiyyətli şəxslər elə edə bilərlərmi ki, Ermənistan Livan erməniləri üçün yarımstansiya olmasın?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az