Hakerlər yeni “Drovorub” adlı zərərli proqram hazırlayaraq, işə salıblar.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Milli Təhlükəsizlik Agentliyi yayıb.
Agentlik yeni virusun Rusiya hərbi kəşfiyyatı ilə bağlı olduğunu bildirib. Sənəddə “Drovorub” virusunun “Linuks” sistemini sıradan çıxardığı qeyd edilib. Bu virusun milli təhlükəsizlik sistemi, Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi istifadəçiləri üçün təhdid kəsb etdiyi vurğulanıb.
Virus hakerlərə kompüterdəki fayllara giriş, eləcə də kompüteri kənardan idarə etmək imkanları yaradır.
Mənbə: axar.az