Yəməndə koalisiya qüvvələri husilərin hücumunun qarşısını alıb

Yəməndə koalisiya qüvvələri husilərin hücumunun qarşısını alıb

 

Yəməndə “Husi” qiyamçılarına qarşı mübarizə aparan koalisiya Səudiyyə Ərəbistanının cənubuna edilən raket və PUA hücumunun qarşısını alıb. Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, qiyamçılar Səudiyyə Ərəbistanı istiqamətində silahlı PUA və iki ballistik raket buraxıb. Hər ikisi ölkənin cənubunda yerləşən Yəmən sərhədi yaxınlığındakı Xamis Muşait ərazisinə doğru atılıb.

Hücumların qarşısı alınıb və koalisiya qüvvələri qiyamçıların nəzarəti altında olan ərazilərə cavab zərbələri endirib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az