Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi bəyanat yaydı

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi bəyanat yaydı

Moderator.az xəbər verir ki, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi bəyanat yayıb:

"Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin

B ə y a n a t ı

Əziz həmvətənlər, Hörmətli QAQB üzvüləri!

2020-ci il mayın 9 –da Qərbi Azərbaycan Türklərinin uzun illər ərzində arzu etdiyi tarixi bir hadisə baş verdi. Qərbi Azərbaycan dediyimiz tarixi yurdumuzda İrəvan Türk Cümhuriyyəti elan edildi. Bu hadisənin siyasi, milli əhəmiyyətləri ilə yanaşı bir mühüm üstünlüyü də onda idi ki, artıq müxtəlif dövrlərdə Qərbi Azərbaycan ərazisindən qovulmuş, deportasiya edilmiş insanları ayrı-ayrı təşkilatlar deyil dövlət birləşdirdi və döğma yurdlarımıza qayıdışı təmin etmək üçün bütün təşkilatlar bir araya gəldi.

Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin rəhbərliyi də bu hadisəni böyük sevinc və coşğu ilə qarşılayıb dövlətin quruculuğu prosesində müxtəlif strukturlarda təmsil olunub fəaliyyətimizi gücləndirdik. Lakin təşkilatımızın sədri Rizvan Talıbov keçən dövr ərzində dəfələrlə İrəvan Türk Cümhuriyyətinin işində əsassız olaraq pozuculuq salıb, Millətimizn bütövlüyünə birliyinə ümumi düşmənə qarşı səfərbər olunmasına xidmət etməyən məsuliyyətsiz bəyanatlar verərək həm Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin nüfuzuna zərbə vurub həm də onun məramlarına zidd fəliyyət göstərmişdir. İrəvan Türk Cümhuriyyətinin Millət Şurası Rizvan Talıbovun bu hərəkətinə doğru olaraq zamanında mümkün olan münasibəti bildirərək onun İrəvan Türk Cümhuriyyətinin rəhbər strukturundakı fəaliyyətinə xitam vermişdir. Lakin Rizvan Talıbov Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin nüfuzuna xələl gətirərək İrəvan Türk Cümhuriyyətinin ideallarına kölgə salmaq niyyəti güdərək Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin rəhbərliyində təmsil olunan şəxslərin rəyini, mövqeyi soruşulmadan onların adından güya Qərbi Azərbaycanlıların yeni bir dövlətinin yaradılacağı haqqında növbəti sərsəm fikirlər səsləndirmişdir.

Əvvala bildiririk ki, Rizvan Talıbovun bu fəaliyyəti Qərbi Azərbaycan əhalisinin İradəsinə ziddinə olan olduqca natəmiz dairələrin türk dümənlərinin fikirləri ilə üst-üstə düşür və Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin məramlarına, məqsədinə ziddir. Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin heç bir sturukturunun iradəsini əks etdirmir. Yuxarıda deyilənləri nəzərə alaraq Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin rəhbərliyi qərara alır.

1.- Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin səlahiyyətli nümayəndələrinin ümumi toplantısına qədər Rizvan Talıbovun təşkilat sədri kimi səlahiyyətlərinə xitam verilsin.

2.Yeni Sədr seçilənə qədər Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin səlahiyyətləri Sədrin birinci müavini Namiq Aslanova həvalə edilsin.

3. Bütün təşkilat üzvülərinə Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin işində fəal iştirak etməyə, eləcədə Qərbi Azərbaycanlıların iradəsi ilə qurulan İrəvan Türk Cümhuriyyəti ətrafında sıx birləşməyə çağrış edilsin.

Qərbi Azərbaycana (Ermənistana ) Qayıdış Birliyinin Ali Məclisinin Sədri: Əli Vəliyev

 

Bakı şəhəri: 13.08.2020-ci il"

 

 

Mənbə: moderator.az