Azərbaycanda keçmiş nazirə yüksək vəzifə verildi - FOTO

Azərbaycanda keçmiş nazirə yüksək vəzifə verildi - FOTO

Azərbaycanda keçmiş nazirə yeni vəzifə verilib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev əmr imzalayıb.

Əmrə əsasən, Əli Abbasov AMEA-nın prezidentinin müşaviri vəzifəsinə təyin olunub.

AMEA-dan Oxu.Az-a bildirilib ki, Ə.Abbasov ötən gün müşavir təyin edilib.

O, bundan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri olub.

Mənbə: oxu.az