İran İsrail-BƏƏ əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

İran İsrail-BƏƏ əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

...Birləşmiş Ərəb Əmirliyi sionist rejimi ilə əlaqələri normallaşdırmaq və rəsmiləşdirmək axmaqlığının bütün nəticələrinin məsuliyyətini qəbul etməlidir

“Birləşmiş Ərəb Əmirliyi sionist rejimi ilə əlaqələri normallaşdırmaq və rəsmiləşdirmək axmaqlığının bütün nəticələrinin məsuliyyətini qəbul etməlidir.”

İnterAz İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat verib.

İki ölkə arasında əlaqələrin rəsmiləşdirilməsini strateji axmaqlıq adlandıran İran XİN bəyan edib ki, “bu addımın nəticələrindən biri də anti-İsrail müqavimət cəbhəsinin daha da güclənməsi olacaq.”

BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsini kəskin tənqid edən bu bəyanatda əlavə edilib ki, “Fələstin xalqı və digər məzlum millətlər bu və oxşar sövdələşmələrə boyun əyməyəcək.”

“Şübhəsiz ki, son 70 ildə Fələstin ərazilərinin və müsəlmanların birinci qibləsinin azadlığı uğrunda tökülən nahaq qanlar yerdə qalmayacaq və bu qanların ahı xəyanətkarların yaxasından tutacaq”, deyə bəyanatda bildirilib ki, “İran İslam Respublikası rəsmi Əbu-Dabinin İsraillə əlaqələri rəsmiləşdirmək qərarını təhlükəli addım hesab edir.

İran XİN bu bəyanatda İsrailin BƏƏ üzərindən bölgədə və Körfəzdə ata biləcəyi addımlar və onun acı nəticələrilə bağlı xəbərdarlıq edib.

Mənbə: www.interaztv.com