Erməni partiya sədri: “MTX sistemi hazırda iflic vəziyyətindədir, hamını ayrıseçkilik olmadan işdən azad edirlər”

Erməni partiya sədri: “MTX sistemi hazırda iflic vəziyyətindədir, hamını ayrıseçkilik olmadan işdən azad edirlər”

“Təəssüflər olsun, Kyaramyanın MTX rəisi vəzifəsinə təyin olunması onu hazırda MTX sistemində olandan başqa yerə aparmayacaqdı. Türkiyə tərəfi ilə erməni tarixinin əsaslı standartlarının hazırlanması məsələsində MTX-nin cinayətkar susqunluğunu və laqeydliyini başqa cür şərh edə bilmərəm”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsqulyan deyib.

O qeyd edib ki, Milli Təhlükəsizlik Xidməti sistemi hazırda iflic vəziyyətindədir, hamını ayrıseçkilik olmadan işdən azad edirlər.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az