“Paşinyan Amulsar üçün mübarizə aparırdı, indi cermuklulara qarşı qoşun çıxarırlar”

“Ermənistanın hazırkı hakimiyyətinin nümyəndələrinə qarşı birləşmək çağırışım millətin taleyinə görə narahat olan şəxslərə çatacaq və onlar birləşəcəklər”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu İrəvanın mərkəzində, Qaregin Njdenin heykəlinin yaxınlığında aclıq aksiyası elan etmiş boks üzrə dünya çempionu İsrayel Hakobkoxyan bildirib.

Hakobkoxyan qeyd edib ki, aclıq aksiyasının əsas məqsədi millətin vəziyyətinə görə narahat olan şəxslərin dəyirmi masa ətrafında toplaşması, bu hakimiyyətin səlahiyyətli şəxslərinin tez vəzifələrindən uzaqlaşdırılması üçün necə etmələri barədə qərar qəbul etmələridir.

“Nikol Amuslar üçün mübarizə aparırdı, indi cermuklulara qarşı qoşun çıxarırlar”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Qondarma rejimin “strukturlarının” Şuşaya köçürüləcəyi xəbərinə - Reaksiya

SONRAKI XƏBƏR

İraqda ABŞ hərbi bazasına raket atıldı