İraqda ABŞ hərbi bazasına raket atıldı

İraqda ABŞ hərbi bazasına raket atıldı

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün İraq ərazisində ABŞ-ın istifadə etdiyi hərbi hava bazasına raket zərbələri endirilib.
Bu barədə İraq mətbuatı məlumat verib.
Məlumata əsasən, ötən gün naməlum qruplaşma Bələd hərbi hava bazası ərazisinə 4 raket atıb.
Xatırladaq ki, son il ərzində İraqda ABŞ hərbi kontingentinin yerləşdiyi və keçdiyi ərazilərə mütəmadi olaraq zərbələr endirilir.
Qeyd edək ki, İraq parlameti bu ilin yanvar ayında ABŞ və əcnəbi hərbi qüvvələrin ölkədən çıxarılmasına dair qərar qəbul edib.

Mənbə: Eastnews.org

Mənbə: eastnews.org