İsrail-BƏƏ arasındakı razılaşmaya zəmin yaradan 3 şəxsin adı açıqlandı

İsrail-BƏƏ arasındakı razılaşmaya zəmin yaradan 3 şəxsin adı açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail mediası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail rejimi arasında "normallaşma sazişi"nin imzalanması üçün zəmin yaradan 3 vasitəçinin kimliyini açıqlayıb.

"İsrail Kanal 7" televiziyasındakı xəbərdə İsrail əsilli amerikalı iş adamı Haim Sabanın Təl-Əviv və Əbu-Dabi arasındakı əlaqələrə vasitəçilik etdiyi və bunun iki ölkə arasında tarixi bir razılaşma ilə nəticələndiyi bildirilib.

Xəbərdə Sabanın Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zayidin yaxın dostu olduğuna toxunulub.

"Yedioth Ahronoth" qəzetinin saytında bildirilib ki, İsrail kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri Yossi Kohen razılaşmaya zəmin hazırlamaq üçün son vaxtlar Əbu-Dabidə bir neçə dəfə olub.

Qəzet Kohenin BƏƏ-dəki şahzadə və rəsmilərlə sıx əlaqələrinin olduğunu vurğulayıb.

Qəzet, həmçinin ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri olan Cared Kuşnerin də Təl-Əviv ilə Əbu-Dabinin yaxınlaşması üçün çalışdığını bildirib.

Mənbə: Sputnik

Mənbə: eastnews.org