ABŞ: Çin üçtərəfli nüvə danışıqlarına qoşulmaqdan imtina edir

ABŞ: Çin üçtərəfli nüvə danışıqlarına qoşulmaqdan imtina edir

“ABŞ Rusiya ilə tərksilah müzakirələrində iştirak edərkən, Çin nüvə arsenalını genişləndirir”. Ordu.az xəbər verir ki, bunu Vaşinqtonun BMT-də Tərksilah Konfransındakı nümayəndəsi Robert Vud deyib.

O qeyd edib ki, COVID-19 pandemiyasına baxmayaraq, tərksilah müzakirələri aktuallığını itirməyib

Vud ABŞ prezidentinin Silahlara Nəzarət üzrə Xüsusi Elçisi Marshall Billinqslea və Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov arasında silah nəzarətinin gələcəyi ilə bağlı məhsuldar müzakirələr apardıqlarını bildirib.

O, bununla birlikdə ABŞ-ın Çini Rusiyanın da iştirak etdiyi “üçtərəfli silah nəzarəti və risklərin azaldılması müzakirələrinə” dəvət etdiyini qeyd edib.

“Bu günə qədər, Çin, ABŞ-ın nüvə doktrinasına və əlaqədar nüvə fəaliyyətlərinə daha aydınlıq və şəffaflıq təmin etmək üçün edilən bütün dəvətlərini qəti şəkildə rədd edib. Çin nüvə arsenalını genişləndirməkdə davam edir. Bu, nüvə gərginliyini azaltmaq əvəzinə artıracaq və yer üzündəki ən böyük üç nüvə gücü arasında yeni silah yarışını stimullaşdıracaq”, - deyə ABŞ rəsmisi bildirib.

Çinin tərksilah işləri üzrə səfiri Li Sonq ABŞ-ın ittihamlarını rədd edib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az