BMT TŞ-də İrana silah embarqosu ilə bağlı səsvermənin nəticələri bu gün açıqlanacaq

BMT TŞ-də İrana silah embarqosu ilə bağlı səsvermənin nəticələri bu gün açıqlanacaq

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında İrana tətbiq olunan silah embarqosunun uzadılması ilə bağlı qanun layihəsi üzrə səsvermə başlayıb. Ordu.az xəbər verir ki, səsvermənin nəticələri bu gün keçiriləcək iclasda elan ediləcək.

Qeyd edək ki, layihə ABŞ tərəfindən irəli sürülüb. BMT Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvündən digər ikisi - Çin və Rusiya silah embarqosunun uzadılmasının tərəfdarı deyil.

İran, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, Fransa və ABŞ arasında Tehranın sanksiyalardan azad edilməsi qarşılığında nüvə silahının inkişafına mane olan saziş bu ilin oktyabr ayında başa çatacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az