Polşalı jurnalist Dağlıq Qarabağa səfər edib

Repetoviç işğal olunmuş ərazilərimizdə film çəkib

Polşalı jurnalist Vitold Repetoviç Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Turkustan.info erməni mətbuatına istinadən bildirir ki, jurnalist iyulun 29-dan avqustun 7-dək Ermənistanda olub.

O həmin ərəfədə Dağlıq Qarabağa gedib, orada film çəkib. Repetoviç Polşanın “Defance24.pl”, “TVP” və “Pulaski” Fondunun Siyasi və Analitik Mərkəzi ilə əməkdaşlıq edir.

Repetoviçin avqustun 8-də “Defence.pl”-da Qarabağa səfəri barədə geniş məqaləsi və videomaterialları yayımlanıb.

Qeyd edək ki, Azərbaycandan icazəsiz işğal olunmuş Dağlıq Qarabağa əcnəbi jurnalistlər zaman-zaman səfər edirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) isə həmin şəxsləri arzuolunmaz şəxs olaraq “qara siyahı”ya salır. /AYNA/

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Kolleclərdən tələbələrə “PANDEMİYA TÖHFƏSİ”: Təhsil haqları artırıldı - SİYAHI

SONRAKI XƏBƏR

Türkiyə təhdid olundu: “Ciddi addımlar atılmalıdır, əks halda…”