“Ukraynada və Rusiyada səfirliklər yenidən qurulmalıdır” - POLİTOLOQ

“Ukraynada və Rusiyada səfirliklər yenidən qurulmalıdır” - POLİTOLOQ

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturunda təmizləmələr mütləqdir. Sabiq deputatların, nazir və prokurorların vəzifədən uzaqlaşdırılmasından sonra səfir göndərilməsi xarici siyasətdə ciddi problemlərə gətirib çıxardı”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

“Vəzifədən gedənlər səfir işləməyə istirahət kimi baxırlar. Amma bu post Azərbaycan dövlətçiliyinin tanınması və dünyada milli maraqlarımızın qorunması üçün ən ciddi və xüsusi əhəmiyyətli vəzifədir. İndiyədək bu post dövlətə deyil, yalnız səfirlərin özlərinin şəxsi maraqlarına xidmət edir. Xarici ölkələrdə səfirlərin dəyişdirilməsi və bir çoxlarının istintaqa çağırılması lazımdır.

Eldar Həsənov, Elmira Axundova, Polad Bülbüloğlu və bu kimi səfirlər, əlbəttə, dövlətçilik üçün çalışa bilməzlər. Ukraynada və Rusiyada səfirliklər yenidən qurulmalıdır. Səfirlər daxili siyasi intiriqalardan uzaq durmalıdır. Bir çox hallarda bizim səfirlərimiz siyasi qruplarda yer alır, biznes və xarici kəşfiyyatla əməkdaşlıq edir. Xarici İşlər Nazirliyinin strukturunda ciddi problemlər var.

Prezident İlham Əliyevin bu nazirliyi təmizləyəcəyinə ümid edirəm. Prezident özü qeyd etmişdi ki, xaricdəki diplomatların bir çoxu xarici kəşfiyyatla işbirliyindədir. Xarici İşlər Nazirliyinin yenidən qurulmasını struktur və kadr dəyişikliklərinə daima ehtiyac olduğunu yazırdıq. Baş verənlər çox ciddidir və bu həbslərin davam edəcəyi, hətta sabiq nazir Elmar Məmmədyarovun da istintaqa çağırılması mümkündür”.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info