Ermənistan bu dəfə həddini aşdı - Seperatçı rejim Azərbaycanı Gəncəni vurmaqla hədələyir

Ermənistan bu dəfə həddini aşdı - Seperatçı rejim Azərbaycanı Gəncəni vurmaqla hədələyir

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Görünür, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir.

Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Seperatçıların içərisində özünə müsbət imic yaratmaq istəyən qondarma rejimin başçısı Araik Aratunyan Azərbaycanı Gəncə ilə hədələyir.

Fikrət Sadıqov - politoloq

Əgər onun gəncəyə nəsə hansıa planları var, mən düşünürəm ki əlləri gödəkdir. Belə hal baş versə biz nəinlki xankəndiyə, yervana da gəlib çata bilərik. onu Araik yaddan çıxarmasın. Təıəsüf ki bu konteksəd minsk qrupu yenə yatıb. Hardasa istarhət edir.

Politoloq Fikrət Sadıqov deyir ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidir

Fikrət Sadıqov - politoloq

30 il ərzində susmaq belə təxribatçı bəyanatlara diqqət yetirməmək aparıcı dövlətlər layiq məsələ deyil. Mən düşünrəm minsk qrupunun həmsədrləri gözlərini ovuşdurub baxıb görməlidirlə regionda nələr baş verir. Qulaqlarını da biazr təmizləsinlər. araik kimi ünsürlər Azərbaycana qarşı nələr deyir. Hansl bəyanatlarla çıxış edir.

Politoloq deyir ki, Ermənistan hakimiyyəti bununla bağlı izahat verməlidir.

atv.az

Mənbə: www.atv.az