Yunanlar üçün fiasko: Fövqəladə iclas keçirildi, ancaq...

Yunanlar üçün fiasko: Fövqəladə iclas keçirildi, ancaq...

Avropa Birliyinə üzv ölkələrin XİN başçılarının iştirakı ilə video-konfrans keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Şərqi Aralıq dənizindəki son durum, Belarus, Livan və Venesueladakı problemlər müzakirə edilib.

AB-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin sədrliyi ilə keçirilən fövqəladə iclasda digər məsələlərlə bağlı qərarlar qəbul edilsə də, Türkiyənin Şərqi Aralıq dənizində seysmik fəaliyyəti ilə bağlı hər hansı qərar qəbul edilməyib.

İclasda iştirak edən XİN başçıları Türkiyəyə çağırış etməklə kifayətlənib.

Mənbə: axar.az