Seçkilər təxirə salınıb

Seçkilər təxirə salınıb

Boliviyada prezident seçkilərinin 18 oktyabr tarixinə təxirə salınma­sını özündə ehtiva edən qanun layihəsi imzala­nıb. Bildirilir ki, prezi­dentin səlahiyyətlərini icra edən Janin Anyesin imzaladığı qanun ölkə parlamenti tərəfindən qəbul edilmişdi və rəsmi qüvvəyə minməsi üçün xanım dövlət başçısına göndərilib.

Qanunla 18 oktyabr səsvermənin son tarixi olacaq və bu gün təxirə salına bilməz. Sənəddə seçkiləri təxirə sal­mağa cəhd edə biləcək şəxslər üçün cinayət məsuliyyəti də nəzərdə tutulur.

Xəbəri RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com