Hindistan konstruktiv, etibarlı qlobal aktordur

Hindistan konstruktiv, etibarlı qlobal aktordur

Pandemiya müddətində Hindistan yalnız öz daxili ehtiyaclarını qarşılamayıb, həmçinin qlobal fayda istiqamətində bir sıra addımlar atıb

Covid-19 dünyaya təhlükə yaratmaqda davam edir. Hindistanda həmçinin, müsbət nəticələrin sayı artmaqdadır. Lakin, ölkədaxili effektiv tədbirlərimiz sağalanların say nisbətində əlamətdar inkişafa aparmışdır ki, hal-hazırda bu rəqəm 68.78 %-dir. Yoluxanların ölüm nisbəti 2.01 % səviyyəsindədir və dünya üzrə ən aşağı göstəricilərdən biri olaraq qalmaqdadır.

Yüksək sağalma və aşağı ölüm faizi, epidemiyanın ilkin mərhələlərindən etibarən mübarizə istiqamətində görülən proaktiv tədbirlərlə əlaqələndirilə bilər. Hindistanda ilk yoluxma halının aşkarlanmasından 13 gün əvvəl Covid-19 hallarını araşdırmağa başladıq. Epidemiyanın 55-ci günü, yalnız 600-ə yaxın yoluxma faktı qeydə alındıqda, tam hərəkət məhdudiyyəti tətbiq etdik. İctimai sağlamlıq üzrə tədbirlərimiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən müsbət qiymətləndirilmişdir. Hökumət sağlamlıq infrastrukturunun gücləndirilməsi istiqamətində sürətli addımlar atmışdır. Baş Nazir Narendra Modinin qeyd etdiyi kimi, Hindistanın hal-hazırda 11 mindən çox Covid-19 üzrə mərkəz ivə 1,1 milyon izolyasiya çarpayısı var. Gündəlik testlərin sayı yarım milyonu ötmüşdür və bu rəqəm milyona çatdırılacaq.

Hindistanın cavab tədbirləri ölkədaxili ehtiyacları qarşılamaqla məhdudlaşmayıb. Qlobal vəziyyətin ehtiyacı olduğu rəhbərliyi təmin etmək məqsədilə əhəmiyyətli dərəcədə beynəlxalq ictimaiyyətlə birlikdə çalışırıq. Daxili tələblərimizi ödəyərkən həmçinin, qlobal tibbi təchizat zəncirinin məsul tərəfdaşı kimi 150-dən çox ölkəni əsas dərman və tibbi vasitələrlə vaxtında təmin etmişik. Maldiv adaları, Mavritaniya, Komor və Küveytin pandemiya ilə mübarizəsinə dəstək üçün tibbi qruplar göndərərək bölgədəki humanitar böhranlara ilk cavab verən tərəf kimi mövqeyimizi bir daha təsdiq etdik. Hindistan, həmçinin, Maldiv adaları, Mavritaniya, Madaqaskar, Komor və Seyşel adalarına yardım çatdırılması üçün gəmilər göndərib. Bu addım, Baş Nazirin “Bölgədəki Hamı üçün Təhlükəsizlik və İnkişaf” ideyasına güclü bağlılığımızı nümayiş etdirdi.

Covid-19 üzrə istifadə olunan tibbi vasitələrin xalis idxalçısından, xalis ixracatçısına çevrilmişik. Bu gün biz hər gün, 500.000-dən çox fərdi qoruyucu vasitələr və 300.000-dən çox N-95 maskaları istehsal edirik. Sistemimiz, daxili tələbləri qarşılanmasınından da ötə istehsalın əhəmiyyətli dərəcədə artırılması istiqamətində zəruri uyğunlaşma və çeviklik nümayiş etdirdi.

Xaricdə qalan Hindistan vətəndaşlarının vətənə qaytarılması və Hindistandan xaricilərin öz vətənlərinə təxliyyəsi cavab tədbirlərimizin ən uğurlu tərəflərindən biridir. Xaricdəki Hindistan vətəndaşlarına kömək etmək üçün erkən mərhələdə Xarici İşlər Nazirliyi təcili olaraq Covid bölməsi və 24x7 fəaliyyətdə olan nəzarət otağı yaratdı. Baş Nazir şəxsən, nümayəndəlik rəhbərlərimizə xaricdə qalan vətəndaşlarımıza mümkün olan bütün yardımları göstərməyi tapşırdı. Xaricdə qalan vətəndaşlarımızın geri qayıtması üçün daha sonra başladılan Vande Bharat missiyası, bu günə qədər hökumət tərəfindən bu şəkildə həyata keçirilmiş ən böyük prosesdir və mürəkkəb humanitar missiyaları effektiv icra edə bilmək bacarığımızı nümayiş etdirdi. Vande Bharat missiyası çərçivəsində uçuşlar, quru sərhədlər və gəmilər vasitəsilə bu günə qədər bir milyondan çox Hindistanlı uzaq məsafələrdən ölkəyə geri dönüb. Vande Bharat uçuşları ilə Hindistan vətəndaşlarını uzaq məsafələrdən evlərinə qaytara bilmişik və həmçinin, üçüncü ölkələrdə qalan Butan və Nepal vətəndaşlarının evlərinə qayıtmalarına kömək etmişik.

 

Təxliyyə olunanların diplomatik nümayəndəliklərimiz tərəfindən dəqiqliklə yoxlanılması, müsbət halların nisbətinin son dərəcə az (0,2 %-dən az) olmasını təmin etdi. Səhiyyə nazirliyi və ştat hökumətləri tərəfindən ölkəyə gəliş zamanı aparılan test isə bu halların da aşkarlanmasına kömək etdi. Missiya sadəcə vətəndaşlarımızın ölkəyə gəlişi ilə yekunlaşmır. Biz həmçinin, şirkətlərlə iş imkanları üçün əlaqələndirmək məqsədilə gəliş zamanı təxliyyə olunanların bacarıqlarının da qeydiyyatını aparırıq.

Pandemiya zamanı diplomatik fəaliyyətimizdə heç bir fasilə olmamışdır. Bir neçə qlobal əhəmiyyətli danışıqların təşəbbüskarı və iştirakçısı olmuşuq. Böhranın əvvəlində Baş Nazir Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası (SAARC) liderlərinin video-konfransını -Covid-19 üzrə ilk belə konfrans- keçirdikdə “Əvvəlcə Qonşuluq” siyasətimiz bəlli idi. Baş Nazir, Pandemiya ilə mübarizə istiqamətində bir sıra tədbirlər, o cümlədən Hindistanın 10 milyon dollar yardım ayıracağı Covid-19 fövqəladə vəziyyət fondunun yaradılmasını elan etdi. Biz həmçinin, gələcək qlobal böhranlara daha təkmil çoxtərəfli cavab verilməsi çağırışına da etdik.

Baş Nazir bir neçə tədbirdə, o cümlədən Böyük İyirmilik (G-20) və Qoşulmama Hərəkatının virtual sammitlərində insanları səylərimizin mərkəzinə gətirməklə çoxtərəfli əməkdaşlıq sahəsində islahat aparılmasını təklifini irəli sürdü. Beynəlxalq Günəş İttifaqı və Fəlakətlərə Dayanıqlı İnfrastruktur Koalisiyası kimi təşəbbüslərimiz bu yanaşmanın bariz nümunələridir. Hindistanın tam dəstəklədiyi, inkişaf etməkdə olan ölkələr üçün borc ödənişlərinin dayandırılması haqqında G-20-nin qərarı, insan mərkəzli yanaşmanı əks etdirir. Virtual Peyvənd Sammitində Baş Nazir, Vasudhaiva Kutumbkum fəlsəfəmizin rəhbərliyi ilə Hindistanın, dərmanların paylaşılması istiqamətində qlobal tədbirlərə necə töhfə verdiyini vurğuladı. Bundan əlavə, Baş Nazir Avstraliya-Hindistan ikitərəfli sammiti və daha sonra isə Hindistan-Avropa Birliyi sammitini təşkil etdi. Həmçinin, Baş nazir bu müddət ərzində 61 ölkədəki həmkarları ilə telefonla danışmışdır. Xarici işlər naziri 77 ölkənin xarici işlər nazirləri ilə əlaqə saxlayıb. Tərəfdaşlığı gücləndirmək və diplomatik addım tələb edən vəziyyətlərlə məşğul olmaq üçün virtual ünsiyyət vasitələrini açıq saxlamışıq.

Dəyişən reallıqların öhdəsindən gələ bilmək, xüsusən də dünya ilə münasibətlərimizdə daim özümüzü tənzimləyirik, uyğunlaşırıq və yeniliklər edirik. Və bu müddət ərzində Hindistanın qlobal səhnədə konstruktiv və etibarlı aktor kimi imicini yüksəltməyə müvəffəq olmuşuq.

Mənbə: az.trend.az