Belarusun “Vaqnerçi”ləri Rusiyaya verməsi... - Ukraynadan reaksiya

Belarusun “Vaqnerçi”ləri Rusiyaya verməsi... - Ukraynadan reaksiya

Belarusun “Vaqnerçi”ləri Rusiyaya verməsi Ukrayna və Belarus arasındakı qarşılıqlı münasibətləri pisləşdirəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Təəssüf ki, Belarus hakimiyyəti qanuna uyğun olmayan qərar qəbul etdi. Bu, Ukraynaya münasibətdə dost olmayan addımdır. Ukrayna bu döyüşçülərin Kiyevə verilməsi ilə bağlı kifayət qədər sübut toplayıb” – deyə o bildirib.

Mənbə: axar.az