Tramp qardaşından danışdı: "Çətin anlar yaşayır"

Tramp qardaşından danışdı:  "Çətin anlar yaşayır"

ABŞ Prezidenti Donald Tramp xəstəxanaya yerləşdirilən kiçik qardaşı Robertin səhhəti barədə danışıb. Azvision.az xəbər verir ki, Tramp keçirdiyi brifinqdə qardaşının çətin anlar yaşadığını deyib.

“Mənim çox yaxşı qardaşım var, bizim uzun müddətdir - ilk gündən etibarən çox yaxşı münasibətimiz olub. İndi xəstəxanadadır. Ümid edirəm ki, qaydasında olacaq. Ancaq hazırda o, çətin anlar yaşayır", - deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ Prezidentinin kiçik qardaşı, 72 yaşlı Robert Tramp Nyu-Yorkda xəstəxanaya yerləşdirilib. Vəziyyəti barədə təfərrüatlar açıqlanmayıb. Bəzi mənbələr onun "ağır xəstə" olduğunu qeyd edib.

Mənbə: azvision.az