BMT TŞ qərar verdi: İrana qarşı embarqo...

BMT TŞ qərar verdi: İrana qarşı embarqo...

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana münasibətdə silah embarqosunun uzadılmasına dair qətnamə layihəsini rədd edib.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün məsuliyyət daşıyır, amma bu gün o özünün fundemanental missiyasına bağlı qalmadı.

Pompeo BMT Təhlükəsizlik Şurasının dünyada terrorizmin sponsoru olan ölkənin silah alıb-satması üçün yol açdığını bildirib.

Mənbə: axar.az