"Son günlər müsbət dinamika müşahidə olunur" - Hikmət Hacıyev

"Son günlər müsbət dinamika müşahidə olunur" -  Hikmət Hacıyev

Bir sıra ölkələrdə karantin rejimləri aradan qaldırılmışdı, hazırda təkrar karantin rejiminin sərtləşdirilməsi baş verməkdədir. Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, son günlər ölkəmizdə görülən tədbirlər nəticəsində rəqəmlərdə müsbət dinamika müşahidə olunur.

H.Hacıyev qeyd edib ki, rəqəmlərin aşağı düşməsi vətəndaşlarımızın qaydalara əməl etməsi nəticəsində əldə olunub.

Anar Kəlbiyev
Azvision.az

Mənbə: azvision.az