Hizbullah lideri BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

Hizbullah lideri BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

“Birləşmiş Ərəb Əmirliklərinin etdiyi islama, ərəb xalqına, ümmətə və müqəddəslərə qarşı xəyanətdir.”

İnterAz Əlcəzirəyə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah ötən günkü çıxışında deyib.

Hizbullah lideri BƏƏ-İsrail əlaqələrinin keçmişindən söz açıb və bu əlaqələrin rəsmiləşməsinin gözlənildiyini bəyan edib.

Həsən Nəsrullah bu əlaqələrin rəsmiləşməsi elanının zamanı haqda bir sıra fikirlər irəli sürüb. Onun sözlərinə görə BƏƏ və İsrail əlaqələrinin belə bir zamanda aşkara çıxarılması və onun rəsmiləşdirilməsi qarşıda gələn ABŞ seçkilərində Donald Trampa imtiyaz qazandırmaq məqsədi daşıyır.

O əlavə edib ki, ABŞ prezidenti nüvə sazişindən çıxmaq, İrana qarşı maksimum sanksiyalarla bu ölkəni çökdürmək, Şimali Koreyanı özünə cəlb etmək, “Əsrin Sazişi” planı ilə fələstinliləri aldatmaqda aciz qalmaq, Çinlə bacarmadığına görə yeni xarici “nəaliyyət”ə ehtiyac duyurdu. Həsən Nəsrullahın sözlərinə görə o BƏƏ və İsraili yaxınlaşdırmaqla böyük addım atdığını göstərmək və beləcə qarşıda gələn seçkilərdə onu nümayiş etdirməyə çalışacaq.

Həsən Nəsrullah BƏƏ-nin addımını islama, ərəb xalqına, müqəddəslərə və ümmətə qarşı xəyanət addımı olduğunu deyib.

Mənbə: www.interaztv.com