Lukaşenko avropalı deputatları Belarusa buraxmadı

Lukaşenko avropalı deputatları Belarusa buraxmadı

Avropa Parlamentinin (AP) iki deputatı 14 avqustda Belarusa getmək istəsə də, mümkün olmayıb.

Cebhe.info xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti bildirib. Roberte Bedronyu (Polşa) və Pyatrase Auştryaçyusenin (Litva) Belarusa səfər etmək istəyinə rəsmi Minskdən etiraz cavabı gəlib. Deputatlar bunu rəsmi Minskin “dialoq üçün istənilən imkandan imtinası” kimi dəyərləndirib.

AP qeyd edib ki, Belarusun gələcəyi bu günlərdə müəyyən olunur, buna görə də AB institutları Belarus xalqının demokratik ölkədə yaşamaq istəyini dəyərləndirməlidir.

Xatırladaq ki, prezident seçkisindən sonra Belarusda kütləvi etiraz aksiyaları başlayıb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info