İran: "ABŞ BMT tarixində heç vaxt bu qədər yalnız qalmamışdı"

İran: "ABŞ BMT tarixində heç vaxt bu qədər yalnız qalmamışdı"

Eastnews.org-un verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi BMT tərəfindən rədd edilən İrana silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsi ilə bağlı açıqlama verib.

Abbas Musəvi bildirib ki, ABŞ BMT-nin 75 illik tarixində bu qədər yalnız qalmamışdı:

"Bütün təmaslara, təzyiqlərə baxmayaraq, ABŞ yalnız kiçik bir ölkəni öz tərəfinə çəkə bilib. Dünən gecə İranın aktiv diplomatiyası, nüvə sazişinin qanuni qüvvəsi ilə birlikdə BMT Təhlükəsizlik Şurasında ikinci dəfə ABŞ-ı məğlub edib".

BMT Təhlükəsizlik Şurasının səsverməsində İrana silah embarqosunun uzadılmasına dair qətnamə layihəsi Çin və Rusiyanın qəbul etməməsi və 11 ölkənin bitərəf səsləri ilə rədd edilib.

BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli bəyannaməsinə əsasən, İrana silah embarqosu 18 oktyabr 2020-ci ildə aradan qaldırılmalıdır.

Mənbə: eastnews.org