Daha bir təşkilat BƏƏ-ni qınadı

Daha bir təşkilat BƏƏ-ni qınadı

Eastnews.org-un verdiyi xəbərə görə, Dünya Müsəlman Alimlər Birliyi Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail rejimi arasında əldə olunan normallaşma razılaşmasına münasibət bildirib.

Dünya Müsəlman Alimlər Birliyi əldə olunan normallaşma razılaşmasını İslam dünyasına böyük xəyanət olaraq xarakterizə edib.

"Bu həm də fələstinlilərin qanuni haqlarının əleyhinə atılmış addımdır. İslam dünyası Fələstin xalqının haqlarını müdafiə etmək üçün qətiyyətli mövqe nümayiş etdirməlidir", - deyə Dünya Müsəlman Alimlər Birliyi diqqətə çatdırıb.

Qeyd olunub ki, Fələstin mübarizəsinə xəyanət etmək heç bir dövlətə baş ucalığı gətirməyəcək.

Mənbə: eastnews.org