AB Belarus hökumətinə qarşı sanksiyaların tətbiqi üzərində işə başlayıb

AB Belarus hökumətinə qarşı sanksiyaların tətbiqi üzərində işə başlayıb

AB-nin diplomatiya rəhbəri Josep Borrel AB-nin Belarusdakı prezident seçkilərinin nəticələri ilə razılaşmadığını və demokratik prinsipləri pozanlara qarşı sanksiyaların hazırlandığını açıqlayıb.

İnterAz xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Belarus: AB seçki nəticələri ilə razılaşmır. Zorakılıq və saxtalaşdırmada günahı olanlara qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində işlər görülür", Borrel AB xarici işlər nazirlərinin video konfransından sonra Twitter-də yaydığı açıqlamada bildirib.

Avropa İttifaqı Xarici İşlər Şurasının fövqəladə iclası baş tutub. İclasın əsas mövzusu Belarusdakı vəziyyət olub.

Mənbə: www.interaztv.com