“Paşinyanın bu günki çıxışı cəfəngiyyatdır və faktlar tam başqa bir mənzərə yaradır...”

“Paşinyanın bu günki çıxışı cəfəngiyyatdır və faktlar tam başqa bir mənzərə yaradır...”

“Əslində Xocalıdan öncə 1988-ci ildə Dağlıq Qarabağda Qubadlı, Zəngilan, Laçın istiqamətinə bizim kəndlərə hücumlar edib, insanlara atəş açıb evləri yandırırdılar və məcbur edirdilər ki, həmin yaşayış məntəqələrini boşaltsınlar”

Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. O, Paşinyanın Tovuz döyüşləri və Xocalı faciəsi ilə bağlı açıqlamasını cəfəngiyyat adlandırıb:

“Tovuz döyüşləri başlayanda bizim hərbi maşınımız vurulandan sonra Paşinyan iclas keçirərək Müdafiə Nazirliyinə iradını bildirmişdi. İkinci bir iradı isə maşını ərazidən çıxarmaq üçün Azərbaycan tərəfinə şərait yaradılmaması idi. Yəni bununla Paşinyan bildirdi ki, Tovuzda ilk atəşi açan erməni tərəfi olub və bizim hərbçiləri şəhid edib, yaralayıblar. Bu bir faktdır və erməni mətbuatı da bunu yazmışdı. İndi isə Paşinyan hücuma görə bizi ittiham edir.

Qaldı ki, Xocalı faciəsinin erməni və rus birləşmələri tərəfindən baş verdiyini hamı qəbul edib. Əslində Xocalıdan öncə 1988-ci ildə ermənilər Dağlıq Qarabağda Qubadlı, Zəngilan, Laçın istiqamətinə bizim kəndlərə hücumlar edib, insanlara atəş açıb evləri yandırırdılar və məcbur edirdilər ki, həmin yaşayış məntəqələrini boşaltsınlar. Faktiki etnik təmizləmə siyasəti Qarabağın özündə və sərhədyanı zonalarda başlamışdı. Xocalı orda axırıncı məntəqə olaraq qalmışdı. Xocalıya da ermənilər hücum edib həmin bu cinayəti törətmişdilər. Yəni ümumilikdə Ermənistanın özündə azərbaycanlıların sıxışdırılması və ərazidən çıxarılması 1987-ci ildən açıq şəkildə başlanmışdı. Ona görə də Paşinyanın bu günki çıxışları cəfəngiyyatdır və faktlar tam başqa bir mənzərə yaradır”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-nin Hard Talk proqramına açıqlaması zamanı Tovuz döyüşləri zamanı ilk hücuma keçən tərəf kimi bizi ittiham edib. Daha sonra o, Xocalı faciəsinin ermənilər tərəfindən törədilməsini rədd edib.

Mənbə: moderator.az