Bəzi vətəndaşlar onlar üçün göndərilən təyyarədən imtina etdi

Bəzi vətəndaşlar onlar üçün göndərilən təyyarədən imtina etdi

Bəzi tələbələrimizin bilet xərclərinin ödənilməsində müəyyən problemlərin olmaması üçün diaspor təşkilatlarımız onlara kömək etdi.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, lakin bəzi vətəndaşlarımız onlar üçün göndərilən təyyarədən imtina etdilər:

"Vətəndaşlarımızdan, tələbələrimizdən xahiş edirik ki, bütün məqamları nəzərə alsınlar. Pandemiya dövründə bəzi müəssisələr distant təhsilə keçid edirlər ki, onlar bundan da faydalana bilərlər"

Mənbə: axar.az