"Ermənilər işğala son qoymasalar, özləri nağıla çevrilə bilərlər " - Deputatdan sərt AÇIQLAMA

"Ermənilər işğala son qoymasalar, özləri nağıla çevrilə bilərlər " - Deputatdan sərt AÇIQLAMA

BBC-nin aparıcısı “HARDTalk” proqramında Ermənistanın baş naziri Nikol Paşinyanı biabır edib. Belə ki, Nikol Paşinyan jurnlaistin sualları qarşısında aciz duruma düşüb, onlardan yayınıb, rabitəsiz cavablar verib və işğala haqq qazandırmağa çalışıb.

Bununla bağlı KONKRET.az-a açıqlama verən deputat Asim Mollazadə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz üzərinə böyük məsuliyyət götürərək peşəkar jurnalistlə söhbətə getməyə razılıq verib:

“Çox qısa müddətdə BBC-nin aparıcısı Nikol Paşinyanın haqlı olmadığını, yalan danışdığını ifşa etdi. Əslində onun dediyi tezislər yalan idi və məhz beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmişdi. Bütün izləyicilər də bunun şahidi oldular. Söhbət ondan gedir ki, Ermənistan bütün işlərində yalanlara və miflərə arxayın olur. Beynəlxalq hüquq normalarını pozur. Əlbəttə, bunu da uzun müddət gizlətmək mümkün olmayacaq. Bütün beynəlxalq təşkilatların qərarları var. Bu qərarlar da göz qabağındadır. Həmin qərarları icra etmək əvvəzinə yalan danışmaq zamanı artıq bitdi. Ermənilər nağılları öz məşiət həyatlarında icra etməlidir”.

Asim Mollazadə fikrini belə tamamlayıb:

“Beynəlxalq hüquq normaları bərqərar olmalıdır. İşğala son qoyulmalıdır. Əks halda ermənilərin özləri nağıla çevrilə bilərlər”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Mənbə: konkret.az