Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı açıqlandı

Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı açıqlandı

Bu ilin ilk yarısında Azərbaycanda 17 min 841 nikah qeydə alınıb.

PİA.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 12 min 127-si bu ilin ilk 3 ayında, 5 min 714-ü isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-iyun aylarında qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin aprel-iyun aylarında nikahların sayı ötən ilin aprel-iyun aylarındakından 3 dəfə az olub. Belə ki, ötən ilin aprel-may aylarında Azərbaycanda 16 min 200 nikah bağlanıb.

Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-iyun aylarında 3 min 284 boşanma qeydə alınıb. Nikahlardan fərqli olaraq boşanmalarda ciddi dəyişiklik baş verməyib. Karantin rejimindən əvvəlki ilk 3 ayda 3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin aprel-iyun aylarında boşanmaların sayı ötən ilin aprel-iyun aylarındakından cəmi 23% az olub. Belə ki, ötən ilin aprel-may aylarında Azərbaycanda 4 min 285 boşanma qeydə alınıb. (Yeniavaz.com)

pia.az

Mənbə: pia.az