Bəhreyn kralı BƏƏ-nin hərəkətini alqışladı

Bəhreyn kralı BƏƏ-nin hərəkətini alqışladı

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyn kralı Həmid ibn İsa əl-Xəlifə BƏƏ vəliəhd şahzadəsi Məhəmməd ibn Zayidi BƏƏ - İsrail rejimi arasındakı normallaşma sazişinə görə təbrik edib və bunu tarixi nailiyyət adlandırıb.

Bu barədə Bəhreyn rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Bəhreyn kralı Həmid ibn İsa əl-Xəlifə və ibn Zayid arasında telefon danışığı olub.

Bəhreyn kralı bu addımın sülh səylərini inkişaf etdirəcəyini və Yaxın Şərqdə sabitliyi açacağını iddia edib.

Qeyd edək ki, İran, Livan, Liviya, Tunis, Mərakeş və bir çox ölkələr Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında əldə edilən normallaşma sazişini qınayıblar.

Mənbə: FNA

Mənbə: eastnews.org