Bolqarıstanda hökümət əleyhinə etirazlar davam edir

Bolqarıstanda hökümət əleyhinə etirazlar davam edir

Eastnews.org-un verdiyi xəbərə görə, Bolqarıstanın böyük şəhərlərində, xüsusən də paytaxt Sofiyada küçələrə çıxan nümayişçilər "mafiya", "istefa" və "xainlər" şüarlarını səsləndiriblər.

Baş Nazir Boyko Borisovun daha əvvəl xalqa müraciətində yeni konstitusiya qəbul edilməsi tələbi nümayişləri daha da qızışdırıb.

Sofiyada Baş Nazirlik, Parlament və Prezident binaları arasındakı meydanda təşkil edilən mitinqdə çıxış edənlər istefası tələb edilən hökumətin manevr edərək, bu işi təxirə salmağa çalışdıqlarını irəli sürüblər.

Paytaxt Sofiyada etirazçılar mitinqdən sonra şəhərin əsas küçələrində yürüş keçiriblər və 4 əsas qovşaqda nəqliyyatın hərəkətinə maneə törədən çadır şəhərlərində keşik çəkənləri salamlayıblar.

Yüzlərlə polis və jandarm işçisi hər gecə təşkil edilən nümayişlərdə təhlükəsizlik tədbirləri görüb, amma etirazların 37-ci günündə paytaxt Sofiyada mitinq və yürüşlər zamanı küçələrdə bir nəfər belə olsun uniformalı məmurun olmaması diqqət çəkib.

Mənbə: AA

Mənbə: eastnews.org