Azərbaycanda ümumi karantin rejimi yenidən uzadıla bilər - AÇIQLAMA

Azərbaycanda ümumi karantin rejimi yenidən uzadıla bilər - AÇIQLAMA

Azərbaycanda 13 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Ölkə ərazisində tədbiq edilən ümumi karantin rejimi avqustun 31-də bitməsi nəzərdə tutulur. Lakin son günlər koronaviursa yoluxanların sayı artma dinamikası ilə davam edir. Hətta avqustun 14-də Azərbaycanda gündəlik yoluxanların sayı 3 rəqəmliyə yüksəlib. Belə ki, 103 nəfər koronavirusa yoluxub, 221-i isə sağalaraq evə buraxılıb. Gündəlik yoluxanların sayı artma dinamikası ilə davam edərsə Azərbaycanda ümumi karantin rejimi yenidən uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, tək rəqəmlərə düşmədən proses davam etsə, bu o deməkdir ki, birinci dalğa sönmür və davam edir:

"Bu reallıqdır və heç bir ölkədə təkrarlanmayıb. Təəssüf ki, bu vətəndaş məsuliyyətsizliyi ilə bağlı məsələdir. Marketlərdə görünür ki, insanlar maskanı çənəsinə taxıb, burnu açıq şəkildə gəzirlər. Guya maska taxa bilmir və ya boğulurlar. Müxtəlif bəhanələr gətirirlər. Əslində burada çox ciddi vətəndaş məsuliyyətsizliyi var. Qapalı məkanlarda karantin qaydalarına əməl edilmir. Əlbəttə yoluxmaların sayı yenidən şiddətlənərsə vəziyyətə uyğun hər cür qərar qəbul edilə bilər. Biz həm də nəzərə almalıyıq ki, payızda digər soyuqdəymə xəstəlikləri də inkişaf edir. Ona görə də karantin rejimin uzadılması gözləniləndir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az