Digər ölkələrə yardımlar qarşılıqlı şəkildə edilir - Hikmət Hacıyev

Digər ölkələrə yardımlar qarşılıqlı şəkildə edilir - Hikmət Hacıyev

Xaricdən gələn həkimlərin əməkhaqlarının ödənilməsi həmin ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Dövlətimiz tərəfindən digər ölkələrə göstərilən yardımlarla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər qeyd olunur. Bu normaldır. Lakin bu yardımlar qarşılıqlı şəkildə həyata keçirilir. Bəzən maddi yardım müqabilində əməkdaşlıq edilən ölkədən bizə ekspert dəstəyi göndərilir".

Mənbə: teleqraf.com