Türkiyədə olan vətəndaşların maşınları ilə geri qayıtması... - Hacıyev

Türkiyədə olan vətəndaşların maşınları ilə geri qayıtması... - Hacıyev

Türkiyədə olan vətəndaşların avtomobilləri ilə geri qayıtması ilə bağlı pandemiya yeni başlayan dövrdə bizə müraciətlər çox oldu.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Xüsusilə avtobuslar təşkil olundu ki, vətəndaşlarımız Türkiyədən Gürcüstana, oradan da ölkəmizə gətirilsin. Lakin hazırda bununla bağlı müraciət yoxdur. Əgər ehtiyac varsa, vətəndaşlardan xahiş edirik ki, bununla bağlı müraciət etsinlər".

Mənbə: axar.az