Xaricdən avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər - Hikmət Hacıyev

Xaricdən avtomobili ilə qayıtmaq istəyən vətəndaşlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər - Hikmət Hacıyev

Bakı. Asif Mehman - Trend:

Türkiyədə olan vətəndaşlarımızın avtomobillə geri qayıtması ilə bağlı pandemiyanın ilk başladığı dövrdə daha çox müraciətlər var idi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, o zaman xüsusi icazələr, avtobuslar təşkil olundu ki, vətəndaşlarımız Türkiyə və oradan Azərbaycana gətirilsin: "Bu gün belə müraciətlər Operativ Qərargahda yoxdur. Əgər avtomobili ilə gəlmək istəyən vətəndaşlar varsa, onlar səfirliklərə və Operativ Qərargaha müraciət edə bilərlər".

Mənbə: az.trend.az