Koronavirus peyvəndi BU TARİXDƏ satışa çıxarılacaq - Rusiyalı nazirdən AÇIQLAMA

Koronavirus peyvəndi BU TARİXDƏ satışa çıxarılacaq - Rusiyalı nazirdən AÇIQLAMA

Rusiyanın prezidenti Vladimir Putin və Səhiyyə naziri Mixail Muraşko koronaviurs əleyhinə olan vaksinin 2 həftəyə satışa çıxarılacağını bildirib.

Sonxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Moskvada keçirilən mətbuat konfransında Mixail Muraşko vaksinin öncə yerli vətəndaşlara vurulacağını söyləyib:

"Vətəndaşlarımıza vurulduqdan sonra vaksin digər ölkələrə də ixrac ediləcək".

Mixail Muraşko vaksinin insanlara könüllü vurulacağını da qeyd edib:

"Bu vaksinin tibb işçilərinin və xroniki digər xəstəlikləri olan şəxslərin vurdurması vacibdir.

Həmçinin mətbuat konfransında artıq 20-dən çox ölkənin vaksin sifariş etdiyi də qeyd vurğulanıb.

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az