Çavuşoğlu: BƏƏ və İsrail arasındakı razılaşmanın məqsədi “Sülh Planı”nı dəstəkləməkdir

Çavuşoğlu: BƏƏ və İsrail arasındakı razılaşmanın məqsədi “Sülh Planı”nı dəstəkləməkdir

BƏƏ və İsrail arasındakı razılaşma Fələstinin maraqlarına uyğun deyil...

BƏƏ və İsrail arasındakı razılaşma Fələstinin maraqlarına uyğun deyil.

İnterAz "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berndə isveçrəli həmkarı İqnazio Kassis ilə birgə mətbuat konfransında bəyan edib.

Çavuşoğlu, BƏƏ və İsrail arasında "münasibətlərin normallaşdırılması" barədə əldə olunan razılaşmaya münasibət bildirib.

Onun sözlərinə görə, Fələstin rəhbərliyi və xalqının bu məsələ ilə bağlı kəskin reaksiyası bu addımın səhv olduğunun birbaşa sübutudur.

Nazir bildirib ki, Abu Dabi ilə Tel-Əviv arasında əldə edilən razılaşma ABŞ-ın vasitəçiliyi ilə baş tutub, məqsəd Trampın "Sülh Planı"nı dəstəkləməkdir.

"Digər məqsəd isə münaqişənin "iki xalq üçün iki dövlət" prinsipi ilə həll edilməsi ehtimalının tamamilə aradan qaldırılmasıdır", nazir bildirib.

Mənbə: www.interaztv.com