Hikmət Hacıyev qərargahla bağlı bu videoları hazırlayana təşəkkür etdi

Hikmət Hacıyev qərargahla bağlı bu videoları hazırlayana təşəkkür etdi

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın birifinqində sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib.

O qeyd edib ki, bəzən qərargahın iclasları ilə bağlı satirik filmlər hazırlanır:

“Biz bunu çox normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var, onun fəaliyyətini yüksək qiymətləndiririk. Satira Azərbaycan ədəbiyyatının və xalqının mədəniyyətində vacib özəlliklərdən biridir. Belə kreativ insanlara operativ qərargahın islaslarına göstərdikləri bu diqqətə görə də bir daha təşəkkür edirik, o videoları çox bəyənirik. Videoları dublyaj edən şəxsi Prezident Administrasiyasına görüşə dəvət edirik".

Mənbə: qafqazinfo.az