Prezident köməkçisinin adını çəkdiyi yutuberin – Videosu

Prezident köməkçisinin adını çəkdiyi yutuberin – Videosu

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev qərarlara verilən satirik reaksiyalara da toxunub.

Axar.az xəbər verir ki, Hikmət Hacıyev bu cür reaksiyaların pozitiv əhval-ruhiyyə yaratdığını, özlərinin də bu videoları izlədiklərini, hətta Ərtoğrul Kamalov adlı blogeri Prezident Administrasiyasında qarşılamağa və onunla şəxsən tanış olmağa hazır olduqlarını bildirib.

H.Hacıyevin Operativ Qərargahın qərarlarına bu cür satirik yanaşmalara verdiyi reaksiya olduqca müsbət qarşılanıb və təqdir edilib.

Beləliklə, Prezidentin köməkçisi Hikmət Hacıyevin adını çəkdiyi Ərtoğrul Kamalovun Operativ Qərargahla bağlı hazırladığı satirik süjeti bir daha izləyək:

 

Mənbə: axar.az