«Operativ Qərargahla bağlı videoların müəllifini Prezident Administrasiyasına dəvət edirik»

«Operativ Qərargahla bağlı videoların müəllifini Prezident Administrasiyasına dəvət edirik»

Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkələrdə Operativ Qərargahın fəaliyyətinə həsr olunan satirik videoların yayılmasına münasibətini açıqlayıb.

FED.az xəbər verir ki, prezidentin köməçisinin sözlərinə görə, bu normal haldır: «Bəzən satirik filmlər olur, normal qəbul edirik. Səhv etmirəmsə, Ərtoğrul adlı bir şəxs bu videoları hazırlayır, onun fəaliyyətini yüksək qiymətləndiririk. Satira Azərbaycan ədəbiyyatında vacib özəlliklərdən biridir.

Ona görə də belə kreativ insanlara operativ qərragazın fəaliyyətinə göstərdikləri diqqətə görə təşəkkür edirik. Həmin şəxsin də məxsusi olaraq dublyaj formasında hazırladığı filmləri bəyənirik və özümüz də baxırıq və yüksək qiymətldəndiririk».

Hikmət Hacıyev bildirib ki, prezidentin köməkçiləri həmin videoların müəllifi ilə görüşmək istəyirlər

Həmin şəxsə gəlincə, mən görüşə gəlməzdən əvvəl hörmətli həmkarımız Şahmar müəllimlə də (prezidentin köməkçisi Şahmar Mövsümov) danışdıq, onu hətta görüşə gəlməyə, Prezident Adminstrasiyasında qəbul etməyə, salamlaşmağa, ona təşəkkürümüzü bildirməyə hazırıq».

Mənbə: fed.az