Partiya sədrindən yeni həbslərlə bağlı anons

Partiya sədrindən yeni həbslərlə bağlı anons

Əlisahib Hüseynov: "Xarici İşlər Nazirliyi sistemində yeni həbslərin davam etməsi mümkündür"

"Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən şübhəli şəxs qismində tutulmasına müxtəlif rakurslardan yanaşmaq olar və bu barədə cürbəcür sübyektiv mülahizələr irəli sürmək olar. Amma faktları, həqiqətləri isə heç kim inkar edə bilməz".

"OLAYLAR xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, fakt isə budur ki, Tovuz döyüşlərindən sonra Serbiyanın Ermənistana silah göndərməsi bir səfir kimi bilavasitə Eldar Həsənovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir:

"Daha doğrusu, bu bir səfir üçün əsl rüsvayçılıqdır. Üstəgəl, XİN sistemində maliyyə yoxlamaları zamanı səfir Eldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin başqa təyinat üzrə istifadə edilməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələrin ortaya çıxması faktını da bura əlavə etsək, deməli, həbslər bununla bitməyəcək". DADP sədri hesab edir ki, bu gedişlə Xarici İşlər Nazirliyi sistemində və bütövlükdə ölkənin diplomatik korpusunda yeni həbslərin davam etməsi mümkündür: "Eldar Həsənovun həbsi ölkə diplomatiyasının şübhəli şəxslərdən, uğursuz kadrlardan, öz işinin öhdəsindən gələ bilməyən diplomatlardan təmizlənməsi prosesinin davamıdır".

 

Mənbə: olaylar.az