Keçmiş erməni deputat: “Məgər Paşinyan və onun hökuməti “Azərbaycan uzun illərdir dünyaya xidmət edir” fikri ilə razıdır?”

Keçmiş erməni deputat: “Məgər Paşinyan və onun hökuməti “Azərbaycan uzun illərdir dünyaya xidmət edir” fikri ilə razıdır?”

“Nikol Paşinyanın “BBC Hard Talk”a müsahibəsinin təsvir hissəsində Qarabağ münaqişəsi “Dağlıq Qarabağın mübahisəli ərazisi ətrafında uzun mübarizə” kimi qeyd edilib”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Paşinyan və Xarici İşlər naziri timsalında onun hökuməti birbaşa, açıq şəkildə bu ifadəyə qarşı çıxmağa və bunu münaqişənin əsas təbiətinin təhrifi kimi qiymətləndirməyə borcludur.

“Məgər Paşinyan və onun hökuməti “Azərbaycan uzun illərdir dünyaya xidmət edir” fikri ilə razıdır?”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az