Paşinyan beynəlxalq platformada ikinci dəfə biabır oldu-POLİTOLOQ

Paşinyan beynəlxalq platformada ikinci dəfə biabır oldu-POLİTOLOQ

Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-də yayımlanan "Hardtalk" verilişində aparıcı Stiven Sakurun sualları qarşısında çətin duruma düşüb. N.Paşinyan özünün ənənəvi "sülh formulunu" təkrar edib, deyib ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin mövqeyini nəzərə almalıdır. Verilişdə Paşinayan tarixə ekskursiya edərək yalan məlumatlar çatdırmaq istəsə də aparıcı onun cəfəng fikirlərinə müdaxilə edib və BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməni xatırladıb.

Ümumilikdə müsahibə əsnasında N.Paşinyan özünün siyasi savadsızlığı ilə yanaşı diplomatik bacarıqsızlığını da nümayiş etdirib.

Bu barədə politoloq Məhəmməd Əsəulazadə Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "BBC" kanalına verdiyi müsahibədə qeyd etdiyi ifadələrin absurd və böhtan xarakterli olduğuna verilişin aparıcısı da şahid oldu:

"Ermənistan xislətinə uyğun yalanlarla "Hardtalk" verlişinin aparıcısının dəqiq və reallığa uyğun verdiyi suallardan Paşinyan yayınmağa çalışsa da bu alınmayıb.
Paşinyanın Xocalı haqqında dediyi yalanlar və realıqdan uzaq məlumatlar aparıcını özündən çıxartdı və ona qarşı jurnalistin qəzəbinin artmasına səbəb oldu".

Politoloq qeyd edib ki, Paşinyanın Qarabağın tarixi və Xocalıyla bağlı yalan məlumatlar verməsi Ermənistanın böyük bir beynəlxalq informasiya məkanında geniş təsiri olan BBC kanalında biabır olmasına gətirib çıxardıb.

"Paşinyan bununla da öz imicini yenidən zədələyib. Bu onu göstərdi ki, Ermənistanın xarici siyasəti Paşinyanın bu kimi çıxışları nəticəsində fiyaskoya uğrayacaq. BBC kimi dünya informasiya məkanında söz sahib olan böyük kanalda artıq Paşinyan özünü siyasi prosesləri dəqiq analiz edə bilməyn, yalan, publist bəyanatlar verən, realıqdan qaçan zəif siyasətçi obrazı kimi yaddaşlarda həkk olundu. Paşinyan bir daha Avropaya yalançı və zəif siyasətçi olduğunu göstərdi.

Məhəmməd Əsədullazadə bildirib ki, digər bir tərəfdən, bu müsahibə göstərdi ki, Ermənistan höküməti Dağlıq Qarabağla bağlı münaqişədə Azərbaycanla sülh danışıqları aparmayacaq.

"Paşinyanın özünü ifşa etməsi Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfinin haqqlı olduğunu göstərdi. Paşinyanın verdiyi açıqlamalar iki dövlət arasında problemləri pik nöqtəyə daşıyır. Beynəlxaq auditoriyada özünü sülh tərəfdarı kimi göstərir, ancaq onun bu yalanları elə özü tərəfindən ifşa olunur. Ermənistan Baş nazirinin bu adımları və çıxışları bütün sülh prosseslərinə zərbə vurur".

Politoloq sonda qeyd edib ki, Paşinyan, Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyətdə qalmaq istəyir:

"Paşinyanın Münhen konfransında və BBC telekanlında etdiyi açıqlamalarda, onun necə zəif siyasətçi olduğu aydın göründü . O, Ermənistan hakimiyyətinə yalan və publist vədlərlələ gəlib. Hakimiyyətdə olduğu illər ərzində Ermənistan nə siyasi, nə də iqtisadi islahtalar həyata keçirib. Hakimiyyətdə olduğu müddətdə yalnız represiyalarla yadda qalır. Qarabağ münaqişəsindən istifadə edərək hakimiyyətdə qalmaq istəyir. Onun zəif siyasətçi, analtik düşüncəyə sahib olmayan bir şəxs olduğu artıq Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Ermənistan xalqı Paşinyanı publist çıxışlarından yorulublar və inqilabi islahatlar keçirəcəyinə inanmırlar".


Sonxeber.az Telegramda izləyin
 

Mənbə: sonxeber.az