Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

Həsən Ruhani BƏƏ-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

...“Birləşmiş Ərəb Əmirlikləri İsraillə saziş imzalamaqda böyük səhvə yol verib. Bu onların təhlükəsizliyinə təhdiddir. İsrailin bölgədə ayaq yeri açması haqda xəbərdarlıq edirik”

“Birləşmiş Ərəb Əmirlikləri İsraillə saziş imzalamaqda böyük səhvə yol verib. Bu onların təhlükəsizliyinə təhdiddir. İsrailin bölgədə ayaq yeri açması haqda xəbərdarlıq edirik”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin toplantısında çıxışı zamanı deyib.

İsrail-BƏƏ əlaqələrinin rəsmiləşməsinə münasibət bildirən Həsən Ruhani bu addımı böyük səhv adlandırıb.

O bildirib ki, İsraillə əlaqələri normallaşdırmaq Fələstin xalqına qarşı bir xəyanətdir və pislənilir.”

İsrailin bölgədə yeni ayaq yeri açması haqda xəbərdarlıq edən Həsən Ruhani BƏƏ-nin bu qərardan geri addım atacağına ümid etdiyini bildirib.

Mənbə: www.interaztv.com