“Qarabağ həqiqətlərinin təbliği və erməni vəhşiliyinin ifşasında, sənədli və bədii filmlərin rolu əvəzsizdir”

“Qarabağ həqiqətlərinin təbliği və erməni vəhşiliyinin ifşasında, sənədli və bədii filmlərin rolu əvəzsizdir”

Vüqar İskəndərov: “Yalnız Xocalıda deyil, Şuşada, Laçında, Ağdərədə törədilən erməni vandalizmi ilə bağlı da filmlər çəkilməlidir”

Bu gün AzərbaycanTeleviziyasında ilk dəfə: “Xocalı - bir millətin kədəri” filmi nümayişolunacaq. Azərbaycan dili ilə yanaşı, həm də rus və ingilis dillərindəhazırlanan filmin, ilin sonuna kimi türk və fransız dillərinə də tərcüməolunması planlaşdırılır.

Xocalı soyqırımı vəbütövlükdə Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə təbliği, erməni vəhşiliklərininifşa edilməsi baxımından bu cür filmlərin ərsəyə gətirilməsi, habelə onlarınmüxtəlif xarici dillərə tərcümə edilərək yayılması nə dərəcədə vacibdir?

Moderator.az-a açıqlamaverən millət vəkili Vüqar İskəndərov belə filmlərin böyük önəm kəsb etdiyinivurğuladı:

 

“Bu cür filmlərin ərsəyəgətirilməsi həm Xocalı soyqırımının təbliği və tanıdılması, həm də erməni vəhşiliyinin,onun işğalçı siyasətinin ifşa edilməsi baxımındanolduqca önəmlidir.

 

Dünyada informasiyamüharibəsinin əhəmiyyəti getdikcə artmaqdadır. Istənilən müharibədən həm öncə,həm də sonra informasiya müharibəsi həyata keçirilir. Yəni bu münaqişələrin həmhazırlanmasında, həm də post-müharibə dönəmində informasiya müharibəsi davamedir. Bu baxımdan Xocalıdan bəhs edən bu filmlərin həm də informasiya müharibəsibaxımından da önəmi böyükdür və ən əsası biz bu informasiya müharibəni tarixi həqiqətlərə,real faktlara istinadən həyata keçiririk. Odur ki, Qarabağ həqiqətlərindən bəhsedən həm sənədli, həm də bədii filmlərin rolu olduqca böyükdür. Bu, tariximizinöyrənilməsi, gənc nəslin yaxın tarixi keçmişimiz haqqında daha müfəssəl bilgilərəsahiblənməsi baxımından da zəruridir.

 

Türkiyə nümunəsinə nəzərsalsaq görərik ki, qardaş ölkədə türk tarixindən, Osmanlı imperiyasında bəhs edən çoxlu sayda bədii filmlər,seriallar mövcuddur. Hansı ki, bu filmlər vasitəsi ilə Osmanlı tarixi təbliğedilir, türk tarixi ilə bağlı həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinəçatdırılır. Bizim də tariximiz, üzləşdiyimiz işğal faktı, yaşadığımız soyqırımlarıilə bağlı həm sənədli, həm də bədii filmlər ortraya qoyağımız vacibdir və buyöndə işlər gedir.

Onu da qeyd edək ki, Xocalısoyqırımı erməni vəhşiliyinin yeganə nümunəsi deyil. İşğal edilmiştorpaqlarımızın hər qarışında bu vəhşiliklərin izi var. Şuşada, Laçında, Ağdərədəvə s. bölgələrimizdə ermənilər böyük vəhşiliklər törədiblər. Bizim bunların hərbiri ilə bağlı filmlər çəkməyimiz, bu həqiqətləri dünyaya tanıtmağımızvacibdir. Bütün mədəniyyət və incəsənət xadimlərimiz, yazıçılarımız bu məsələdəsəfərbər olmalı, əllərindən gələni əsirgəməməlidirlər.

Mən bu sahədə əməyi olanhər kəsə təşəkkür edir, bu cür filmlərin çəkilməsini alqışlayıram. ÇünkiQarabağ həqiqətlərinin bütün dünyada təbliğ edilməsində, daha dərindəntanıdlmasında bu filmlərin rolu həqiqətən də əvəzsizdir”.

Mənbə: moderator.az