Deputat Ağalar Vəliyevin tapşırığı ilə Goranboyun iki məktəbinə istilik sistemi quraşdırılır

Deputat Ağalar Vəliyevin tapşırığı ilə Goranboyun iki məktəbinə istilik sistemi quraşdırılır

Milli Məclisin deputatı Ağalar Vəliyevin bir neçə ay əvvəl Goranboy rayonunun Xanqərvənd və Aşağı Ağcakənd kəndlərindən olan seçiciləri ilə keçirilən onlayn qəbulunda sakinlərin və pedaqoji kollektivlərin müraciətləri nəzərə alınaraq adı çəkilən məktəblərin istilik sistemləri ilə təchiz olunması imkanları nəzərdən keçirilmişdi.

"OLAYLAR"-a daxil olan məlumata görə, Ağalar Vəliyevin tapşırığına əsasən deputat ofisinin nümayəndələri rayon İcra Hakimiyyətinin əməkdaşlarının da iştirakı ilə Xanqərvənd və Aşağı Ağcakənd məktəblərinin istilik sistemləri ilə təchiz olunması imkanlarını yerində araşdırıblar. Həmin zaman seçicilərə bildirilib ki, deputatın bilavasitə dəstəyi ilə uzun illər soyuq aylarda isitmə problemləri ilə üzləşən bu məktəblərin istilik enerjisi ilə təmin olunması istiqamətlərində aidiyyatı qurumlarla birgə müvafiq tədbirlər görüləcək.

Millət vəkilinin təşəbbüsü ilə 14 avqust tarixindən Goranboy rayonunun Xanqərvənd və Aşağı Ağcakənd məktəblərində istilik sistemlərinin qurulması işlərinə başlanılıb.

 

Mənbə: olaylar.az