Polşa və ABŞ hərbi saziş bağladı

Polşa və ABŞ hərbi saziş bağladı

Polşa və ABŞ hərbi saziş imzalayıblar.

Bu barədə İz.ru xəbər yayıb.

Bildirilir ki, Varşavada iki dövlət arasında hərbi əməkdaşlığı aktivləşdirmək barədə müqavilə bağlanıb.

Sozügedən sənədi ABŞ tərəfindən Dövlət Katibi Mayk Pompeo, Polşa tərəfindən Milli Müdafiə Naziri Mariuş Blaşak imzalayıb.

Sənəd hər iki ölkənin prezidentləri Andjey Duda və Donald Trampın ötən il Vaşinqtonda imzaladıqları bəyannamənin davamıdır.

Polşada hazırda beş minə yaxın ABŞ əsgəri var.

Duda sənədi imzalayarkən bildirib ki, Polşa ilə ABŞ arasındakı hərbi əməkdaşlıq Avropanın biz, xüsusilə də Baltikyanı ölkələr və Ukrayna yerləşən hissəsinin təhlükəsizliyinin güclənməsi deməkdir.

Mənbə: www.oxu.az